Sosial şəbəkədə biz:

7 oğlanın qaçırdığı 21 yaşlı qızla bağlı yeni xəbər

01 March 2018, 09:49
Gündəm
Ağcabədidə 21 yaşlı qızın qaçırılması ilə bağlı bəzi məqamlar məlum olub. “ Azinforum.az ” AzNews.az-a istinadən xəbər verir ki, qaçırılan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Hadisənin şahidləri sayta deyib: “Onlar Laçın rayon sakinləridir. Rayon işğal olunandan sonra Ağcabədidə məskunlaşıblar. Ailənin 4 qızı var, ikisi ailə qurub. Çox kasıbdırlar. Ataları rəhmətə gedib. Ailə bütünlüklə analarının öhdəsindədir. Qızı, məktəbdən gələrkən qaçırıblar. Mindiyi maşının şüşələrini qırıq-qırıq edərək, qızı ordan çıxarıblar. Yəni belə vəhşilik ediblər. Qızı aparanlar İsmayıllı rayonunda yaşayan Laçın sakinidir. Qız da oğlanı sevmir – ən dəhşətlisi budur…” Qeyd edək ki, Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb. 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.