Sosial şəbəkədə biz:

Ərdoğan: Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz

01 March 2018, 11:38
Gündəm
"Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz". Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə "Zeytun budağı" hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq: "Türkiyənin terrorçularla mübarizədə hər hansı məsləhətləşməyə ehtiyacı yoxdur". Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.