Sosial şəbəkədə biz:

44 ildən sonra ilk dəfə “Mona Liza” Luvrdan çıxarılacaq

01 March 2018, 17:45
Gündəm
Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib. Nazir bildirib ki, əsər müvəqqəti Lans şəhərində Luvrun filialında nümayiş etdirilə bilər. Bu məsələnin hazırda muzey rəhbərliyi tərəfindən müzakirə olunduğu barədə məlumat verilib. Qeyd edək ki, “Mona Liza” sonuncu dəfə 1974-cü ildə Luvr muzeyini tərk etmişdi. O zaman əsər Moskva və Tokioda bir müddət nümayiş etdirilmişdi.