Sabir Rüstəmxanlının düşərgəsindən Eynulla Fətullayevə ik sərt cavab - VİDEO
Avropa Azərbaycanlıları Konqresinin Hollandiyada keçirilən qurultayından sonra, həmin tədbirin iştirakçısı olmuş jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlarda xalq şairi Sabir Rüstəmxanlı barədə sərt ifadələrin yer aldığı məqalə yerləşdirilib. Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da həmin qurultayın iştirakçısı olub. Azinforum.az olaraq sözügedən saytlarda Sabir Rüstəmxanlı haqda yer alan fikirləri olduğu kimi təqdim edirik: “Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin qurultayında diqqəti çəkən daha bir hadisə olub. Bir gün əvvəl qurultay iştirakçıları Azərbaycan prezidenti postuna İlham Əliyevin namizədliyinə dəstək olaraq müraciət qəbul etməyi təklif ediblər.
Ancaq sabiq deputat və yazıçı, bizim oxucu auditoriyamıza öz siyasi dəyişkənliyi ilə yaxşı tanış olan Sabir Rüstəmxanlı özündə bu təşəbbüsə qarşı çıxış etməyə güc və hiyləgərlik tapıb.
Qurultayda Diaspora üzrə Dövlət Komitəsinin başçısı Nazim İbrahimovla Sabir Rüstəmxanlı arasında olduqca maraqlı dialoq alınıb.
Nazim İbrahimov: "Beləliklə, siz qurultayın İlham Əliyevin namizədliyinə dəstək olaraq müraciət qəbul etməsinin əleyhinə çıxırsınız? Onda icazə verin, sizin sözlərinizi iclasın protokoluna salaq”.
Sabir Rüstəmxanlı: "Heç bir halda! Protokola salmayın!".
Sonra Sabir Rüstəmxanlı protokoldan kənar hamını inandırmağa çalışıb ki, Avropa azərbaycanlıları qurultayının prezident seçkiləri kimi əhəmiyyətsiz hadisəyə bu qədər diqqət yetirməsi lazım deyil,..
S.Rüstəmxanlının hücumu nümayəndələr arasında, yumşaq desək, ajiotaj yaradıb, anlaşılmazlığa və təlaşa səbəb olub...
Bir sözlə, S.Rüstəmxanlı növbəti dəfə tam siyasi prinsipsizlik, qeyri-ardıcıllıq və riyakarlıq nümayiş etdirib... Hərçənd, bu hələ harasıdır?!”
Eynulla Fətullayevin sərgilədiyi bu mövqeyə Sabir Rüstəmxanlının düşərgəsindən ilk sərt reaksiya verilib. Xalq şairinin həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında deyib ki, həmin ifadələrin sırf Eynulla Fətullayevə məxsus olduğuna qəti şübhə etmir:
“Bu səbəbdən də, mənim cavabım məlum böhtan fikirlərin tirajlandığı saytların jurnalist kollektivinə deyil, məhz Eynullanın özünə olacaq. Eynulla Fətullayev gözünün içinə qədər yalan deyir. Sabir Rüstəmxanlı qurultayda Prezident əleyhinə heç bir fikir bildirilməyib. Sabir Rüstəmxanlı sadəcə olaraq, yekun bəyanata zəruri bir redaktə ilə bağlı təklif irəli sürüb. Bunun güya Prezident əleyhinə fikir kimi formalaşdırıb, beyinləri bulandırmaq kımə lazımdır? Sabir bəy illərini, ömrünü bu millətin yolunda verib. Eynulla kimilər kör beyni ilə, bunu necə anlasın? “Xocalı hadisələri ermənilər törətməyib, Azərbaycan özü edib” , deyən Eynulla gör indi kimə daş atır?!
Sabir Rüstəmxanlı dövlətçiliyi müdafiyə edəndə, yazılarında, çıxışlarında, milli maraqlarımızı goruyanda, ən kritik məqəmlarda Prezidentə dəstək göstərəndə, Eynulla ermənilərə təəssübkeşlik nümayiş etdirirdi.Əksinə, qurultayda tərbiyyəsiz çıxış edərək, kənd camaatını təhqir edib, xalqımızı aşağlayan məhz Eynullanın özü olub. Bu tərbiyyəsizliyi azmış kimi, bir də ürəkbulandırıcı yazı yazır. Bu adamın Azərbaycan diasporuna nə aidiyyatı var ki, o qurultayda iştirak edir? Diaspor məsələsini, dünya azərbaycalıları ilə bağlı araşdirmaları aparan jurnalislər bir tərəfdə qalıb, Eynulla isə qurultaya aparılır. Təəssüf edirəm ki, vaxti ilə bu hakimiyyəti söyən, dövlətçiliyimizə qarşı çıxanlar, bu gün Eynulla kimi meydan sulayırlar. Mən təəssüf edirəm ki, Eynullanın bu cür fəaliyyətinə dəstək verənlər də tapılır”.
Samir Adıgözəlli Azinforum.az-a həm Sabir Rüstəmxanılnın, həm də Eynulla Fətullayevin qurultaydakı çıxışının olduğu və “YouTube” sosial şəbəkəsinə yerləşdirilən bir material da təqdim edib. Oxucularımızın müqayisə aparması üçün, həmin materialı da təqdim edirik.
Azinforum.az
https://www.youtube.com/watch?v=wXDGNz4mRJI