Sosial şəbəkədə biz:

ABŞ-ın PYD-YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazası var

01 March 2018, 21:54
Gündəm
Amerika Birləşmiş Ştatlarının PYD/YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazası var. Bunu Sputnik-ə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksandr Venediktov deyib. Venediktov bildirib ki, ABŞ PYD vasitəsilə Suriyadakı varlığını qorumağa çalışır: "Görünür amerikalı dostlarımız Suriyada birdəfəlik qalmağa can atır. PYD-yə verdikləri dəstək buna görədir. Artıq 20 bazaları var. PYD-dən istifadə edib buraya yerləşiblər". "Türkiyəni Afrində əməliyyat başlatmağa da ABŞ vadar elədi. Provokativ şəkildə PYD döyüşçülərinə ağır silahlarla yardım etdilər. Bilə-bilə ki, onlar Türkiyəyə qarşı vuruşurlar, bilə-bilə ki, rəsmi Ankara bu təşkilatı terrorçu olaraq görür" – Aleksandr Venediktov bildirib.