Türkiyədə 39 əsgər həbs edilib
Türkiyədə Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan hərbçilərin məhkəmə prosesi davam edir.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə FETÖ-çü olduğu faktlarla sübuta yetirilən 39 əsgər barədə həbs qərarı verib. 2 nəfər isə məhkəmə zalından sərbəst buraxılıb.