Əli Mirəliyev: "Hafiz Hacıyev nazirləri tənqid edir, amma özü də nazir olub"
Tanınmış müğənni Əli Mirəliyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev barədə maraqlı açıqlamalar verib.
Müğənni "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkisində namizədliyi irəli sürülmüş H.Hacıyevin tərəfdarlarının təşkil edəcəyi təşviqat konsertində müğənni qismində iştirak edə bilər. Ancaq sənətçi hesab edir ki, H.Hacıyevin partiyasında təmsil olunmağa dəyməz:
"Hafiz Hacıyevin partiyasında onun müavini olmaram. Ağlı başında olan insanın müavini ola bilərəm. Çünki o nazirləri tənqid etsə də, özü də vaxtında nazir olub. Hafiz Hacıyev emosional insandır. Lakin emosional insan gərək düzgün danışsın. Bütün dediklərimə baxmayaraq, prezident seçkisində Hafiz Hacıyev təbliğat-təşviqat xarakterli konsert təşkil etsə, gedib oxuyaram. Çünki o da xalqın balasıdır".
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.