Sosial şəbəkədə biz:

Sabirabadda zəncirvari qəza: aralarında polis zabiti olmaqla 4 nəfər xəsarət aldı

02 March 2018, 12:31
Gündəm
Bu gün səhər saatlarında Sabirabad rayonunda ağır zəncirvari qəza baş verib. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, “VAZ-2107”, “NİSSAN” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ-2107”in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov , “NİSSAN”ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ağır bədən xəsarətləri almış “07”-nin sürücüsü Yusif Hüseynov Sabirabad Rayon Polis Şöbəsinin zabitidir. Faktla bağlı araşdırmalara başlanılıb.