Sosial şəbəkədə biz:

Tanınmış bəstəkar Tahir Əkbər vəfat etdi

02 March 2018, 21:49
Gündəm
Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər vəfat edib. Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib. Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər 2017-ci ilin noyabrında insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilimişdi. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. T. Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda – xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur. Allah rəhmət eləsin.