Futbol üzrə Tehran derbisini izləmək istəyən 35 qadın saxlanılıb
İranda "Esteqlal" və "Persepolis" futbol komandaları arasındakı Tehran derbisini izləmək istəyən 35 qadın saxlanılıb.
"Report"un məlumatına görə, xanım fanatlar oyundan sonra buraxılıblar. "Azadi" stadionunda keçirilmiş görüş "Esteqlal"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, qadınlar həbs olunmayıb. Onun sözlərinə görə, zərin cinsin nümayəndələri münasib yerə aparılıb. Xanımların məhz bu oyunu izləmək istəkləri görüşdə FİFA prezidenti Canni İnfantinonun da iştirakı olub. Qadınlar bu yolla oyunları izləmə qadağasına futbol rəsmilərinin diqqətini bu yolla cəlb etmək istəyiblər.
Qeyd edək ki, İranda qadınların futbol matçlarına daxil olmalarına 1979-cu ildən qadağa qoyulub.