Kitabda verilən tarixi povest Aspindza döyüşünün qəhrəmanı, igid və cəsur azərbaycanlı Xudu Borçalıya və Gürcüstan tarixində qəhrəmanlıqları ilə şanlı səhifələr yazmış gürcü çarı II İraklinin həyatının ayrı-ayrı məqamları, onların arasında mövcud olan mehriban münasibətlər və digər məqamlar öz əksini tapıb.
Azərbaycanlı xalq qəhrəmanına həsr olunmuş kitab nəşr olunub - Tbilisidə
Tbilisidə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalıya həsr olunmuş “II İrakli və Xudu Borçalı” adlı kitab işıq üzü görüb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, kitabın müəllifi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmətdir.