Sosial şəbəkədə biz:

Əyyub Kərimov dəfn olundu - FOTO

03 March 2018, 21:46
Gündəm
Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov bu gün dəfn edilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, jurnalist Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb. Əyyub Zakir oğlu Kərimov 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1985-1991-ci ildə BDU-nun hüquq fakültəsində təhsil alıb. 1992-ci ildə "Femida" qəzetini təsis edib. Uzun illər peşəkar hüquqşünas kimi fəaliyyət göstərib. Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət MŞ-da hüquq şöbəsinin müdiri vəzifəsini daşıyıb. Ə.Kərimov ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.