Sosial şəbəkədə biz:

Bakıda kütləvi dava olub, ölən və yaralananlar var

04 March 2018, 10:16
Gündəm
Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib. "Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib. Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğulu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub. Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.