Sosial şəbəkədə biz:

Ronaldu 300-cü qolunu vuraraq "Real"ın qalib gəlməsinə kömək edib

04 March 2018, 10:46
Gündəm
İspaniyanın futbol çempionatının 27-ci turu çərçivəsində "Real" "Xetafe"ni qəbul edib. Matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb. Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştian Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb. Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub. "Real" bununla 54 xal toplayaraq, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. "Xetafe" isə 36 xalla 10-cu yerdə mövqe tutub. (Report)