Sosial şəbəkədə biz:

"Napoli" məğlub olub, "Yuventus" qələbə qazanıb

04 March 2018, 10:50
Gündəm
Futbol üzrə İtaliya çempionatında 27-ci turun ilk oyunları keçirilib. “Report” xəbər verir ki, lider "Napoli" "San-Paolo" stadionunda "Roma"nı qəbul edib və görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Canavarlar" bu qələbə sayəsində xallarının sayını 53-ə çatdıraraq 3-cü pilləyə yüksəlib, "Napoli" isə 69 xalla birinci pillədə qalıb. Paralel keçən qarşılaşmada "Yuventus" "Latsio"nun qonağı olub və Turin komandası Paulo Dibalanın 90+3-cü dəqiqədə vurduğu qolla qələbəni bayram edib. "Yuve" (68 xal) bu qələbə sayəsində ehtiyatda bir oyunu olmaqla lider "Napoli" ilə arasındakı xal fərqini birə endirib, "Latsio" isə (52 xal) 4-cü pilləyə düşüb. İtaliya A Seriyası. 27-ci tur "Napoli" – "Roma" – 2:4 Qollar: 1:0 – İnsinye – 6, 1:1 – Under – 7, 1:2 – Ceko – 26, 1:3 – Ceko – 73, 1:4 – Perotti – 79, 2:4 – Mertens – 90+2 "Latsio" – "Yuventus" – 0:1 Qol: 0:1 – Dibala – 90+3