Sosial şəbəkədə biz:

Əhməd Davudoğlu: "Biz Əsədi razı salmağa çalışdıq ki..."

04 March 2018, 17:56
Gündəm
Sabiq baş nazir Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı hərbi əməliyyata ünvanlanmış tənqidlərə münasibət bildirib. Teleqraf.com-un məlumatına görə, o, Türkiyənin hazırkı Suriya siyasətini təqdir edən açıqlama verib: "Türkiyənin Suriya siyasəti suriyalıların iradəsinə uyğun gerçəkləşdirilib. Bu siyasətin əsasında Suriya məsələsinin dinc yolla həlli dayanır. Biz əvvəlcə Əsədi öz ordusunu öz xalqına qarşı qaldırmamağa razı salmaq istədik. O bizə qulaq asmadı, qaçqınlar qapımıza gəldi, biz də qardaşlarımıza qucaq açdıq. Doğru da elədik..." Qeyd edək ki, Əhməd Davudoğlu Türkiyənin Xarici İşlər naziri və Baş naziri kimi mühüm postlarda olub.