Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcək
ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən Rusiya vətəndaşları Birləşmiş Ştatlara təhvil verilməyəcək.
Bunu NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
“Rusiya öz vətəndaşlarını heç bir ölkəyə, o cümlədən ABŞ-a ekstradisiya etmir”, - deyə Putin suala cavabında bildirib.
Qeyd edək ki, ABŞ-da xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşını və 3 hüquqi şəxsi ABŞ-dakı seçkilərə müdaxilə cəhdində ittiham edib. Bu şəxslərin arasında Azərbaycan əsilli Ceyhun Aslanov da var. (AzVision.az)