Sosial şəbəkədə biz:

Lionel Messi karyerasında600-cü qolunu vurub

04 March 2018, 21:42
Gündəm
İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub. APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda baş verib. Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30 yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb. Karyerası ərzində 747-ci  oyununa çıxan Messi 539 dəfə “Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində rəqiblərini məyus edib.