Sosial şəbəkədə biz:

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb - FOTO

05 March 2018, 09:26
Gündəm
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. “Report”un xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir: “Nasazlığı aradan qaldırmağa çalışırıq”. Əlavə olaraq musavat.com-un əldə etdiyi məlumata görə də, qatarın intervalında təxmini olaraq 20-25 dəqiqə gecikmə olub. Qatarların hərəkətində problem yaranmasına görə sıxlıq yaranıb. Yaranan sıxlığa görə halı pisləşənlərin də olduğu bildirilir.