Sosial şəbəkədə biz:

Bakıda maşın piyadanı vurdu

05 March 2018, 10:28
Gündəm
Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Report”un xəbərinə görə, 1991-ci il təvəllüdlü Nəzərov Kamal Atabala oğlu rayonun 9-cu mikrorayonu ərazisində yolu keçərkən minik avtomobili tərəfindən vurulub. Piyadanın xəsarət aldığını görən sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.