Sosial şəbəkədə biz:

Tanınmış jurnalistin oğlunun başı yarıldı - "Bakı Sağlamlıq Mərkəzi" ilkin yardım əvəzinə "gözünü" döydü - ŞİKAYƏT

05 March 2018, 12:55
Gündəm
  “Bakı Sağlamlıq Mərkəzinin həkimləri elə bil daş ürəklidirlər. Bir az əvvəl Murad (oğlu)  evdə oynadığı yerdə yıxılıb, başı divana dəydi. Özümüzü tez Bakı Sağlamlıq Mərkəzinə çatdırdıq. Bir həkim,tibb bacısı yaxın durmadı ki, bizlik deyil, aparın “Semoşkaya”.
Bunu jurnalist Elnur Eltürk yazıb.
“Düzdür, qan dayanmışdı. Yenə də ilkin yardım göstərməli idilər. Gözlərini döyürdülər. Belələri vicdanlı və ləyaqətli həkimlərimizin adını batırırlar” – deyə Elnur Eltürk bildirib.