Sosial şəbəkədə biz:

Azərbaycanda həkimlər 2 ay ömrün qaldı dedilər, Türkiyədə sağaldı

05 March 2018, 16:49
Gündəm
50 yaşlı Rəsmiyə Vəliyeva uzun illər ürək xəstəliyindən əziyyət çəkib. Həkimlər ona əməliyyatın riskli olduğunu, 2 ay ömrü qaldığını bildiriblər. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə əməliyyat olunan Vəliyeva ölümün pəncəsindən xilas edilib. Türkiyənin Erzincan vilayətindəki xəstəxanaların birində qadının 3 damarında şuntlama əməliyyatı aparılıb. Rəsmiyə Vəliyeva bildirib ki, tanışlarının vasitəsilə Türkiyəyə gedib. “Analizlərin nəticələrini Erzincandakı ürək-damar cərrahına göndərdik. Həkim bizi Türkiyəyə dəvət etdi. Əməliyyat edilərək ölümün pəncəsindən xilas oldum”, - Vəliyeva əlavə edib. Xəstənin bacısı Şəlalə Əhmədova isə bildirib ki, Azərbaycanda yaşama şansının az olduğunu deyəndən sonra xaricdə həkim axtarıblar və Türkiyə həkimlərinə etibar ediblər.