Əməkdar artist qaydaları pozdu – VİDEO
Azərbaycanın əməkdar artisti Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara təhlükə yaradıb.
Avtosfer xəbər verir ki, onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkib. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb. O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.