Sosial şəbəkədə biz:

Ramiz Mirzəyevin bacısını və yeznəsini öldürənlər saxlanılıb

06 March 2018, 16:30
Gündəm
Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a deyilib ki, bu haqda istintaqda heç bir məlumat yoxdur. Məlumatda bildirilir ki, fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qatilləri ifşa olunaraq saxlanılıb. Məlumata görə, qətl olayında iştirak edənlər arasında Ruhiyyə adlı qadın da olub. Dəstə üzvlərinin 5-6 nəfər olduqları deyilir. Bildirilir ki, onlardan biri Fərman Məmmədovun oğlunun dostudur. Mənbə onu da bildirir ki, saxlanılanlar arasında “Krokodil ” ləqəbli xalça alverçisi də var. Musavat.com-un əldə etdiyi məlumata görə Ruhiyyə Fərman Məmmədovun bacısının nəvəsidi. Cinayətdə şübhəli bilinən qadın Tovuzda tanınmış həkimlərdən birinin nəvəsidi. Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin bacısıdı.   Ramiz Mirzəyevin bacısının evi ile ilgili görsel sonucu