Sosial şəbəkədə biz:

Sumqayıtda dəm qazından boğulan ailə...

06 March 2018, 18:10
Gündəm
Dünən Sumqayıtda dəm qazından həlak olan ailənin fotosu paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, foto yas mərasimində çəkilib. Qeyd edək ki, ailənin 6 üzvü dəm qazında boğulub və dünən cəsədləri yaşadıqları zirzəmidən çıxarılıb. Onlar baba Rafiq Hüseynov, nənə Yeganə Hüseynova, ana Sara Rafiq qızı Hüseynova və onun 3 körpəsi  Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.