Sosial şəbəkədə biz:

Vasif Talıbov qadınları təltif etdi – SİYAHI

07 March 2018, 12:26
Gündəm
Azinforum.az  xəbər verir ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın qadınlarına fəxri adların və nişanların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasında səmərəli fəaliyyətlərinə görə: Cəfərova Siyatel Sevindik qızı “Əməkdar müəllim” fəxri adı ilə; Fətullayeva Rəna Faiq qızı “Əməkdar həkim” fəxri adı ilə; Ağayeva Günəş Əkrəm qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə; Abbasova Zülfiyyə Mərdan qızı Nəcəfova Nuranə Südeyib qızı “Əməkdar tibb işçisi” fəxri adı ilə; Bayramova Çiçək Yunis qızı Camalova Roza Əvəz qızı Hüseynəlili Zivər İnşallah qızı Təmoyeva Sənubər İsmixan qızı Vəliyeva Mahirə Salman qızı “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.”