Sosial şəbəkədə biz:

Həkim: “İsa Qəmbərin müalicəsi müsbət nəticə verib”

07 March 2018, 16:38
Gündəm
“İsa Qəmbərin vəziyyəti yaxşıdır”. Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Ankaradakı Hacettepe Universiteti Xəstəxanasının Nevrologiya bölməsinin professoru Murat Arsava deyib. Həkim bildirib ki, İ. Qəmbərin daxili orqanlarının funksiyaları yerli-yerindədir və müalicələr müsbət nəticə verib: “O, yaxın günlərdə xəstəxanadan çıxa bilər”. Qeyd edək ki, İ. Qəmbər fevral ayının sonunda müalicə üçün Türkiyəyə gedib.