Sosial şəbəkədə biz:

Polis bölməsinə silahlı basqın - Ölən və yaralananlar var

08 March 2018, 11:16
Gündəm
Əfqanıstanın Kandaqar əyalətində, Pakistanla sərhəddə silahlılar polis bölməsinə hücum edib. Azinforum.az  xəbər  verir  ki, "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb. Məlumata əsasən, əvvəcə terrorçu-kamikadze polis bölməsinin qarşısında özünü partladıb. Daha sonra 3 silahlı bölməyə daxil olaraq asayiş keşikçilərinə atəş açıb. Əfqanıstan polisi silahlıların məhv edildiyini bildirib.
Hələlik heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.