Sosial şəbəkədə biz:

Aktyorun maşınından “8 Mart” hədiyyələri oğurlandı - Video

09 March 2018, 09:44
Gündəm
Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb. Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış. Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.