Sosial şəbəkədə biz:

Daxili Qoşunların hərbi qulluqçuları təltif edildi - Siyahı

09 March 2018, 19:36
Gündəm
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif ediliblər: “İgidliyə görə” medalı ilə Qasımov Yusif Telman oğlu – leytenant (ölümündən sonra) Abutalıbov Vüqar Elman oğlu – əsgər (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə Məmmədov Asəf İsgəndər oğlu – polkovnik-leytenant Bəxtiyarov Dilqəm Xurşud oğlu – polkovnik-leytenant Qasımov Yunis Nizami oğlu – polkovnik-leytenant Kazımov Bəhruz Cahangir oğlu – polkovnik-leytenant Ağacanov Əjdər Məclum oğlu – tibb xidməti polkovnik-leytenantı Mustafayev Azər Nizami oğlu – mayor Atakişiyev Kamran Şacəddin oğlu – mayor Orucov Anar Bəxtiyar oğlu – mayor Rüstəmov Emil Eldar oğlu – mayor Tarışov Elnur Aydın oğlu – mayor Mehdiyev Yusif Nağı oğlu – mayor Nəhmədov Akif Feyzulla oğlu – mayor Şahrəliyev Fizuli Zahid oğlu – kapitan Mahmudov Anar Zahid oğlu – baş leytenant