Azərbaycanda həbsxanada iki məhkum öldü
Bakıda daha iki məhkum xəstəlikdən ölüb.
Moderator.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Orada saxlanılanlar – 1965-ci il təvəllüdlü Mais Fazil oğlu Səfərov və 1951-ci il təvəllüdlü Fərman Nəriman oğlu Hüseynov xəstəlikdən ölüblər.