Sosial şəbəkədə biz:

Britaniya Rusiyada keçiriləcək Dünya çempionatını boykota çağırdı

11 March 2018, 15:48
Gündəm
Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi" sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib. “Report” xəbər verir ki, boykot mundiala yüksək vəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoyulmamasını nəzərdə tutur. "DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir", - deyə sayt Britaniya mənbələrindən sitat gətirir. Yerli KİV-in yazdığına görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilərlər.