Sosial şəbəkədə biz:

Azərbaycanın şimal rayonlarına qar yağır

12 March 2018, 10:52
Gündəm
Martın 12-si gecə saatlarından Azərbaycanın şimal rayonlarında qar yağmağa başlayıb. Quba və Qusarı dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Temperatur -6 dərəcəyədək düşüb. Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetrdir. Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.