Sosial şəbəkədə biz:

İranda terror aktının qarşısı alınıb

12 March 2018, 16:28
Gündəm
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb. Trend-in məlumatına görə, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş. Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki terrorçunun zərərsizləşdirildiyi məlumat verilib. Daha bir terrorçu isə özünü partladıb. Hadisə nəticəsində İİKK-nin iki əməkdaşı yaralanıb.