Sosial şəbəkədə biz:

"Qırıcılarımızı, əsgərlərimizi görəndə gəldiyimizi anlayacaqlar" - Türkiyə İraqda yeni savaşa başlayır

13 March 2018, 10:18
Gündəm
"Məndən heç kəs təqvim açıqlayacağımı gözləməsin. Şimali İraqa zurna-balabanla girməyəcəyik. Qırıcılarımızı, əsgərlərimizi görəndə gəldiyimizi anlayacaqlar".
Bu açıqlama ilə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Şurasının toplantısından sonra mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Şimali İraqda terrorçulara qarşı əməliyyatların keçirilməsilə bağlı rəsmi Bağdadla aparılan müzakirələr məhsuldar olub:  "Rəsmi Bağdadın razılığı ilə Şimali İraqda terrora qaşrı birgə mübarizə aparacağıq"/Teleqraf.com.