Dubay əmirinin qızından şok iddia: “Atam məni...”
Dubay əmiri Rəşid əl-Məktumun qızı şahzadə Lətifə, 3 il həbsdə saxlanıldığını və atasının ona işgəncə etdiyini bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, şahzadə Lətifə üç il boyunca həbsdə qaldığını və birbaşa atası tərəfindən verilən əmrlə işgəncələrə məruz qaldığını etiraf edib. O, həmçinin BƏƏ-də həyatın heç də kənardan görüldüyü kimi olmadığını açıqlayıb. Şahzadə 2000-ci ildən sonra xaricə getmədiyini və maşın sürmə icazəsinin olmadığını bildirib.
Bir fransız agent tərəfindən qaçırılan şahzadə indi Cənubi Hind okeanında bir yaxtada gizlənir.