Sosial şəbəkədə biz:

“Hər şeyi ört-basdır edirik” – Eldardan şok sözlər - VİDEO

14 March 2018, 14:55
Gündəm
"ARB Ulduz"un “Virtual Həyat” verlişinin növbəti qonağı müğənni Eldar Qasımov olub. Eldar ilk olaraq yeni klipindən danışıb: “Mahnı əslində ötən il yazılıb. Ötən il, qışın əvvəlində. Mahnıya romantik, insanlara təsir edəcək bir klip çəkmək istəyirdik. Mən bu klipdə özümü canlandırmışam. Evdə, dostlarımla necəyəmsə, klipdə də o cür görünmüşəm. Videorolikdə Şükufə xanım Yusupova, Vadim Kutukov, Elvin, Alina sadə obrazlarını canlandırıblar və həyatlarını burda əks etdiriblər”. Müğənni mentalitendən uzaq olduğunu diqqətə çatdırıb: “Mentalitetlə hər şeyi ört-basdır edirik. Özümüzə bəraət qazandırırıq. Çox şadam ki, mənim pərəstişakarlarım da, ətrafımda olan insanlar da heç nəyi mentalitetlə ölçmürlər. Əgər mən mentalitetlə yaşasdaydım, indi olduğum yerdə olmazdım”.