Sosial şəbəkədə biz:

Mingəçevirdə restoranda müştərilərlə ofisiant arasında dava: xəsarət alanlar var

15 March 2018, 09:58
Gündəm
Mingəçevir şəhərindəki qanlı hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. "Report” dəqiqləşdirib ki, “Qədiroğlu” restoranında müştərilərlə ofisiant arasında dava baş verib. Hadisə zamanı restoranın 1996-cı il təvəllüdlü müştərisi Orxan Elxan oğlu Mamedov ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Eyni zamnada, obyektin 2000-ci il təvəllüdlü ofisiantı Seymur Zeynalov da həmin davada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin tam mahiyyəti hələ bəlli olmasa da, müştərilərlə ofisiant arasında mübahisə zəminində baş verdiyi söylənilir. Faktla bağlı araşdırma aparılır. ** 22:48 Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb. “Report”un xəbərinə görə, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb. Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, onun bud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub. Faktla bağlı araşdırma aparılır.