Sosial şəbəkədə biz:

ABŞ səfiri Azərbaycanı tərk edir

15 March 2018, 11:35
Gündəm
ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur. AzVision.az xəbər verir ki, bunu “İnterfax Azərbaycan” saytına səfir özü deyib. “Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, - R.Sekuta bildirib. Sekuta deyib ki, Azərbaycanı martın sonunda tərk edəcək. O, həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir. Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.