Sosial şəbəkədə biz:

Bakı metrosunda bədbəxt hadisə: - yaşlı qadın qatar yoluna yıxıldı

16 March 2018, 14:30
Gündəm
Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a bildirib ki, hadisə qatar olmayan vaxt baş verib: “Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız”. Qeyd edək ki, relslərin üstünə yıxılan yaşlı qadındır.