Sosial şəbəkədə biz:

Səsvermə başladı: Rusiya vətəndaşları prezidentini seçir

18 March 2018, 10:02
Gündəm
Rusiyada prezident seçkiləri üzrə səsvermə başlayıb.
Azinforum.az Rusiya KİV-nə istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb. Rusiya vətəndaşları namizədlərini seçmək üçün Azərbaycanda açılan səsvermə məntəqələrinə də axın edirlər.
Səsvermə yerli vaxtla 8:00-dan başlayıb və 20:00-dək davam edəcək.
Ümumilikdə 97 mindən çox seçki məntəqəsi var, onlardan 400-dən çoxu xaricdədir. Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.
Rusiya prezidenti postuna 8 namizəd iddia edir.