Sosial şəbəkədə biz:

“Efirlərimizdə başıpozuqluq baş alıb gedir...”

18 March 2018, 10:54
Gündəm
“Zaur Baxşəliyev gərək bunu etməyəydi”. 
Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib. Şeyx Əbdül Mahmudbəyov Zaur Baxşəliyevin niyə belə bir addım atmasını anlamadığını deyib:
“Çox təəsüf edirəm. Efirin öz estetikası var. Zaur gərək efirə belə çıxmamaydı. Zaur Baxşəliyev axı peşəkar televiziyaçıdı. Bu işləri də bilir. Etik normaları gözləmək lazımdı. Məhəmməd peyğəmbər (səllallahu ələyhi və alihi və səlləm) deyir ki, “Əxlaq pozulan yerdə əxlaqı, mənəviyyat pozulan yerdə mənəviyyatı, qanun pozulan yerdə qanunu kim gözləsə, kim onlara əməl etsə, o məndəndir”. Bu gün onsuz da efirlərimizdə  başıpozuqluq baş alıb gedir.
Şeyx Əbdül hamam paltarıyla efirə çıxmağın ancaq filmdə mümkün olduğunu deyib:
“Film çəkəndə, filmin dramaturgiyasıyla bağlı olanda belə çəkilişlər ola bilər. Bir də var ki, sən öz verilişində hamam geyimində efirə çıxırsan. Buna nə ehtiyac var ki?! Çox təəsüf edirəm”.
Xatırladaq ki, iki gün öncə Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişinə hamam xalatında çıxıb. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.