Sosial şəbəkədə biz:

XII Qış Paralimpiya Oyunları başa çatdı

18 March 2018, 12:37
Gündəm
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XII Qış Paralimpiya Oyunlarında bütün növlər üzrə mübarizəyə yekun vurulub. "Report"un məlumatına görə, ümumi komanda hesabında birinci yeri ABŞ tutub. Amerikalılar 13 qızıl, 15 gümüş, 8 bürünc medal qazanıblar. Neytral statusla çıxış edən Rusiya 8 qızıl, 10 və 6 bürünc medalla ikinci, Kanada 8 qızıl, 4 gümüş və 16 bürünc medalla üçüncü olub. Bu gün Bakı vaxtı ilə saat 15:00-da Oyunların Bağlanış Mərasimi keçiriləcək.