Sosial şəbəkədə biz:

Türkiyədə Çanaqqala zəfəri qeyd olunur

18 March 2018, 15:30
Gündəm
Türkiyədə Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib. AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çanaqqala şəhərində keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkə səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. T Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün heykəli önünə əklil qoyulub. Qeyd edək ki, Çanaqqala zəfərinin 103-cü ildönümü və Çanaqqala şəhidlərinin anma günü münasibətlə Türkiyənin bütün ərazisində bayram tədbirləri keçirilir.