Sosial şəbəkədə biz:

Azərbaycanda nə qədər QİÇS xəstəsi var? –Statistika

18 March 2018, 21:35
Gündəm
Azərbaycanda 5181 nəfər İİV xəstəsi olan insan var. Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, İİV infeksiyası aşkarlanlardan 72,2 faizi kişilərdir: “Ötən il 74 hamilə qadında bu infeksiyası aşkarlanıb. 60-a yaxın qadın doğuş edib. Onlara hamiləlik dövründə tətbiq edilən müayinə nəticəsində körpələrdə virus aşkarlanmayıb”. Natiq Zülfüqarov qeyd edib ki, İİV infeksiyası 25-49 yaşarası olanlarda üstünlük təşkil edir: “Bu yaşda olan insanlar 81 fazi təşkil edir. QİÇS mərhələsində olanlar isə 26,3 faizə bərabərdir”. (Teleqraf.com)