Sosial şəbəkədə biz:

Putin 75 faiz səslə liderdir - MSK

19 March 2018, 09:48
Gündəm
Bu gün Rusiyada prezident seçkiləri keçirilir. “Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə saat 8:00-dan 20:00-dək davam edəcək. İlk seçki məntəqələri Çukotsk muxtar dairəsində və Kamçatka diyarında açılıb. Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir. Seçki prosesini 109 ölkədən 1500-dək xarici müşahidəçi izləyir. Qeyd edək ki, Rusiya prezidenti postu uğrunda hazırki dövlət başçısı Vladimir Putin daxil olmaqla 8 namizəd mübarizə aparır. *** “RİA Novosti” xəbər verir ki, prezident seçkiləri keçirilən Rusiyada seçki məntəqələrinin çoxunda artıq səsvermə başa çatıb. Hazırda səsvermə Kalininqrad vilayətində davam etdirilir. Qeyd edək ki, Rusiya MSK-sının 19.00-a olan məlumatına görə, seçki fəallığı 59,93 faiz təşkil edib. *** TASS xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Artıq səslərin 40 faizi hesablanıb. Hazırki prezident Vladimir Putin 74,22 faiz səslə liderdir. *** Artıq səslərin 50 faizi hesablanıb. Vladimir Putinin prezident seçkilərində 75 faiz səs toplayaraq rəqiblərini qabaqlayır.