Sosial şəbəkədə biz:

İlqar Məmmədov da azadlığa buraxılanlar sırasında olacaq

20 March 2018, 10:48
Gündəm
Heydər Əliyevin doğum günündə Azərbaycan prezidenti böyük əfv sərəncamı imzalayacaq.
 
Bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, əfv sərəncamı may ayında mərhum dövlət başçısı Heydər Əliyevin 95 illiyi münasibəti ilə imzalanacaq.
Siyasi məhbuslardan hansının qarşıdakı əfvdə azadlığa çıxma ehtimalına gəlincə, mənbəmiz deyib ki, İlqar Məmmədov, daha bir neçə siyasi fəal və jurnalistin azad olunacağı gözlənilir.