Sosial şəbəkədə biz:

Türkiyə ilə Gürcüstan sərhədindəki sərhəd-keçid məntəqəsi bağlanır

20 March 2018, 21:41
Gündəm
Sabah Türkiyə və Gürcüstan sərhədindəki Sarp sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər bağlı olacaq. Türkiyənin "Vatan" qəzetinin məlumatına görə, bu barədə bu gün Türkiyə Gömrük və Ticarət Nazirliyi məlumat yayıb. Sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər yük və minik avtomobilləri üçün bağlı olacaq. Nazirliyin məlumatında bildirilir ki, Sarp sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi çərçivəsində  Gürcüstan tərəfdə inşaat işləri aparılır və bu səbəbdən sərhəd-keçid məntəqəsinə giriş-çıxışlar Türkiyədən çıxış istiqaməti iki hissəyə bölünərək aparılır. Artıq Gürcüstanda sərhəd-keçid məntəqəsindən giriş istiqamətində inşaat işləri başa çatıb, Türkiyənin çıxış istiqamətində də inşaat işlərinin davam etdirilməsi planlaşdırılır: "Aparılan inşaat işləri ilə əlaqədar Sarp sərhəd-keçid məntəqəsi martın 22-də saat 08.00-dan saat 22.00-a qədər müvəqqəti fəaliyyət göstərməyəcək, yük və minik avtomobilləri üçün bağlı olacaq". Qeyd edək ki, Azərbaycanın yükdaşıma şirkətləri də Türkiyə və Avropa ölkələrinə yük maşınları ilə yükləri məhz Sarp sərhəd-keçid məntəqəsindən keçməklə daşıyırlar.