Sosial şəbəkədə biz:

Dəniz sahilində tapılan bu canlı hər kəsi qorxutdu

21 March 2018, 11:53
Gündəm
ABŞ-ın Corciya ştatının sahillərində dinozavrların dövründə mövcud olmuş pleziozavra bənzəyən dəniz canlısı aşkar edilib. Sputnik Azərbaycan bu barədə The Daily Mail-ə istinadən xəbər verir. Məlumata əsasən, ABŞ vətəndaşı Ceff Uorren oğlu ilə birlikdə qayıqla gəzərkən qeyri-adi sahildə dəniz canlısının cəsədinə rast gəlib. Ceff Uorrenin sözlərinə görə, canlı Loxness bədheybətinə və pleziozavra çox oxşayır. Onun uzun boynu, balaça kəlləsi var. ABŞ-ın Balıq resursları və vəhşi heyvanların mühafizəsi xidmətinin şefi Den Eş isə bildirib ki, hərdən köpək balığının leşi pleziozavr kimi qəbul edilir.