Sosial şəbəkədə biz:

20 günün qəza statistikası: 41 ölü, 113 yaralı

23 March 2018, 12:04
Gündəm
Mart ayının 20 günündə respublikanın avtomobil yollarında 81 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara görə, mart ayının 1-dən 20-dək yol qəzalarında 41 nəfər ölüb, 113 nəfər isə xəsarət alıb. Qeyd edək ki, bu ilin 2 ayı (yanvar-fevral) ərzində 198 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 102 nəfər ölüb, 241 nəfər isə xəsarət alıb.